Kommersiya Təşkilatı

öz fəaliyyətindən gəlir götürmək üçün yaradılan hüquqi şəxsdir.
Kommersiya Təmsilçisi
Kommersiya Vekseli
OBASTAN VİKİ
Kommersiya
Kommersiya — (lat. com — birlikdə, əlaqəli lat. merx (mercisrı)) : qısa mənada — ticarət, ticarət əlaqəsi, ticarət-vasitəçilik fəaliyyəti və ticarət xidmətinin marketinqi mənasını verir; geniş mənada — sahibkarlıq fəaliyyəti deməkdir.
Kommersiya avtomobili
Kommersiya avtomobili (CV) motorlu nəqliyyat vasitələrinin bir növüdür. Kommersiya nəqliyyatı mənfəət əldə etmək məqsədilə malların və sərnişinlərin daşınması üçün istifadə edilən və kommersiya nömrələri alan nəqliyyat vasitələridir. Avropa İttifaqı “kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi”ni hər hansı bir mühərrikli magistral yol nəqliyyat vasitəsi kimi müəyyən etmişdir. Daha kiçik tipi yüngül kommersiya nəqliyyat vasitəsidir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Kommersiya hüququ
Kommersiya hüququ — kommersiya, və ya sahibkarlıq (biznes) hüququ ticarət, kommersiya, satışla məşğul olan şəxslərin və hüquqlarına, münasibətlərinə və hərəkətlərinə tətbiq olunan hüquq sahəsidir. O, mülki hüququn sahələrindən biri hesab olunmaqla bərabər, xüsusi və ümumi hüquqla bağlı məsələlərin tənzimlənməsini həyata keçirir. Kommersiya hüququ özündə tapşıran və agent; quru və su yolu ilə daşınmalar; ticari gəmiçilik; qarantiya; dəniz, yanğın, həyat və qəza sığortası; qiymətli kağızlar və ortaqlıq kimi sahələri ehtiva edir. O, həmçinin, korporativ müqavilələr,əmək münasibətləri və istehlak mallarının istehsalı və satışını tənzimləmək üçün istifadə oluna bilər. Bir çox ölkələr, Azərbaycan da daxil olmaqla, özündə kommersiya hüququna dair normaları geniş şəkildə əks etdirən mülki məcəllələr qəbul etmişdir. ABŞ-də kommersiya hüququ Konqres tərəfindən ştatlararası sahibkarlıq münasibətlərini tənzimləyən normalarla yanaşı, ştatların də öz səlahiyyətləri dairəsində oxşar münasibətləri nizamlayan daxili aktları mövcuddur. Kommersiya hüququ sahəsində vahid normativ akt yaratmağa bir neçə dəfə cəhd edilmişdir; bu cəhdlərdən ən uğurlusu isə bütün 50 ştatda (ştat qanunvericilikləri tərəfindən bəzi dəyişikliklərlə birgə), Kolumbiya Federal Mahalı və Birləşmiş Ştatların digər ərazilərində tətbiq olunan Vahid Kommersiya Məcəlləsinin qəbul edilməsi olmuşdur. Müxtəlif tənzimləyici vasitələr biznesin, xüsusilə işçilər və müştərilərlə əlaqədar fəaliyyətin necə aparılmasına nəzarət edir. Şəxsi həyatla bağlı aktlar, Təhlükəsizlik barədə qanunlar ( məsələn, ABŞ-də Əməyin Təhlükəsizliyi və Sağlamlıq Aktı), ərzaq və dərman vasitələri haqda qanunları nümunə kimi göstərmək olar.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Bakı Kommersiya Məktəbi
Bakı kommersiya məktəbi — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub. == Tarixi == 1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyində fəaliyyətə başlamışdır. O, yerli sahibkarların səyi və maliyyə dəstəyi sayəsində açılmışdı. Onlardan təkcə 1906-cı ilə qədər bu məktəbin ilk fəxri qəyyumu olmuş Hacı Zeynalabdin Tağıyev 50000 manat ayırmışdı. Digər xeyriyyəçilər sırasında Şəmsi Əsədullayev, F. Vəzirov, A. Mantaşov, Nobel qardaşları da var idilər. Müqəddəs Bakirə Məryəmin kosteli ilə üzbəüz yerləşirdi. == Məqsədi == Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu. == Təhsil kursu == Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu. Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi.
Kommersiya (film, 1992)
Filmdə kommersiyanın heç də asan bir iş olmadığı göstərilir. "Mozalan" Satirik Kinojurnalı № 163, 2-ci süjet Adlar : Aktyor Eldəniz Rəsulovun adı E. Quliyev kimi yazılmışdır.
MKT İstehsalat Kommersiya
Bədr Təşkilatı
Bədr Təşkilatı (ərəb. منظمة بدر‎) — qeyri-rəsmi olaraq Bədr Briqadası və ya Bədr Korpusu da adlandırılan, İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş bir siyasi partiyadır. Bədr Təşkilatı İran mərkəzli fəaliyyət göstərən Şiə İslam Partiyası tərəfindən idarə olunan İraq İslam Ali Şurasının hərbi qanadı idi. 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa müdaxilə etməsindən sonra Bədr döyüşçülərinin əksəriyyəti yenidən qurulan İraq ordusuna və polis qüvvələrinə qatıldılar. Siyasi cəhətdən, Bədr Briqadası və İraq İslam Ali Şurası 2003-cü ildən bəri bir tərəfdə sayılırdı, lakin hal-hazırda hər iki partiya qeyri-rəsmi olaraq ayrılmışdır. Bədr Briqadası qüvvələri və onların İranlı komandirləri 2014-cü ildən etibarən İraqda İraq Şam İslam Dövləti - İŞİD-ə qarşı vuruşmağa başladılar. Hal-hazırda Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi olan partiyanın lideri İraqın keçmiş nəqliyyat naziri olmuş Hadi əl-Əmiridir. == Tarixi == === İraq İslam Ali Şurası === Təşkilat 1982-ci ildə İraqdakı İslam İnqilabı Ali Şurasının hərbi qanadı olaraq İranda yaradılıb. Səddam Hüseynnin hakimiyyəti dövründə 20 il ərzində İraq ərazisində fəaliyyət göstərdi və İran zabitləri tərəfindən idarə edildi. Əsası İran-İraq müharibəsində İran qoşunları ilə birlikdə vuruşan bir neçə min iraqlı sürgün və qaçqınlardan ibarət idi.
Hümmət təşkilatı
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kütlə təşkilatı
Kütlə təşkilatı - tərkibində müəyyən sosial sinifi və ya müxtəlif sosial qatlardan gələn, eyni peşədən şəxsləri və ya cəmiyyətin eyni xüsusiyyətə sahib müəyyən ünsürlərini birləşdirən, təmsil etdiyi kütlənin iqtisadi-demokratik haqq və mənfətlərini müdafiə edən təşkilatlara verilən ad. Kütlə təşkilatları kapitalist inkişafın və xüsusilə, monopolist kapitalizmin içində daşıdığı uyuşmazlığın ortaya çıxardığı nəticədir. Anlam və xüsusiyyət baxımından QHT-lərdən fərqlidirlər. QHT-lərin mühüm qismi məqsədli təşkilatlanma içərisində müəyyən mərkəzlərə bağlı fəaliyyət göstərməkdədirlər. Lakin, buna əks olaraq, kütlə təşkilatları kütlələrin məhsulu və səsidir. Bu məhsul demokratik prinsiplərin təşkilatlanmanın onurğasına yerləşmiş olmasından meydana çıxmışdır. Burda bəhs edilən demorkatiya xalqın birbaşa demokratiyasıdır. Yəni, xalqın öz təşkilatı içində özünü ifadə edə bilmə azadlığıdır. Kütlə təşkilatı termininin ingiliscə qarşılığı "Political movement"dir. Bu anlamda bütün siyasi hərəkatları özündə ehtiva edir.
Mücahid təşkilatı
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Qeyrihökumət təşkilatı
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. Transparency International Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Terror təşkilatı
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Terrorçu təşkilatı
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Tramp təşkilatı
The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu. Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir. Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər. Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir. Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası "qarşılıq gözləmədən edilən yaxşılıq" deməkdir. Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
İldırım təşkilatı
Antisovet İldırım təşkilatı – 1942-ci ildə sovet işğalına qarşı mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş təşkilat. Şərqşünas İsmixan Rəhimov Şərqşünas Hacı Zeynalov Musa Abdullayev Kamal Əliyev Azər Ələsgərov Aydın Vahidov Kamil Rzayev Gülhüseyn Abdullayev Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq. "Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Sən demə, yanılırmış. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar.
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Kənd Təsərrüfatı və Kommersiya Nazirliyi
Kənd Təsərrüfatı və Kommersiya Nazirliyi (農商務省, Noşomuşo) – 1881–1925-ci illərdə Yaponiya hökumətinin tərkibində mövcud olmuş nazirlik. Nazirlik 7 aprel 1881-ci ildə özəl sektorda kapitalın artımını təşviq etmək məqsədilə yaradılmışdır. Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və İctimai Məsələlər Nazirliyinin kənd təsərrüfatı, kommersiya və sənaye ilə bağlı səlahiyyətləri bu nazirliyə verilmişdir. 1885-ci ildə kabinet sisteminin qəbul edilməsindən sonra nazirliyin poçt, teleqraf, dəmiryolu və dəniz yolu ilə bağlı inzibati səlahiyyətləri yenicə yaradılmış Rabitə Nazirliyinə ötürülmüşdür. Eyni zamanda İctimai Məsələlər Nazirliyinin mədənlər və zavodlarla bağlı inzibati səlahiyyətləri bu nazirliyə verilmişdir. 1904–1905-ci illərdə baş vermiş Rus-yapon müharibəsindən sonra Yaponiyada kommersiya və sənaye sahələrinin əhəmiyyəti artmış, xüsusilə, Tayşo dövründə kənd təsərrüfatının yaratdığı tələb səbəbilə nazirlik 1 aprel 1925-ci ildə ləğv olunaraq iki yerə bölünmüşdür: Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi; Kommersiya və Sənaye Nazirliyi. İkinci dünya müharibəsi zamanı nazirlik 1943-cü ildə yenidən yaradılmış, lakin 1945-ci ildə ləğv olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha.
Dünya Ticarət Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı (ÜTT, ing. World Trade Organization, fr. Organisation mondiale du commerce, isp. Organización Mundial del Comercio) — 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) varisi kimi yaradılmış beynəlxalq təşkilat. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.. Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır. Ötən 50 il ərzində dünya ticarətində yüksək artım müşahidə olunur.
Fələstin Azadlıq Təşkilatı
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Həmkarlar ittifaqı təşkilatı
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.